Avropa İttifaqı Rusiya ilə müharibəyə qoşulur
Bizi izləyin

Dünya

Avropa İttifaqı Rusiya ilə müharibəyə qoşulur

Avropa İttifaqı ölkələrinin liderləri Brüsseldə keçirilmiş sammitdə “Rusiyadan axıdılan dezinformasiyaya qarşı rusdilli medianın” yaradılması barədə təklifi müzakirə ediblər.

Publika.az-ın məlumatına görə, Avropa İttifaqının xarici işlər komissarı Federika Mogherini deyib ki, bu istiqamətdə müzakirələrdən ibarət olan 1-ci faza iyun ayında başa çatacaq. Layihənin təfərrüatları isə mayın 21-22-də Riqada keçiriləcək sammitdə müzakirə olunacaq.

Reuters agentliyi xəbər verir ki, Avropa diplomatlarının fikrincə, Rusiyanın yaydığı dezinformasiyanın qarşısını almaq məqsədilə verilmiş təklif Avropa Demokratiyanı Müdafiə Fondu tərəfindən öyrənilməlidir.

Layihənin iqtisadi-texniki əsaslandırmasını məhz bu qurum hazırlayacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm