Köpəkbalığı turisti yedi
Bizi izləyin

Dünya

Köpəkbalığı turisti yedi

Misirdə Qırmızı Dəniz kurortu yaxınlığında nadir köpəkbalığı hücumu nəticəsində alman turist ölüb.

Publika.az əbər verir ki, köpəkbalığı 52 yaşlı kişinin ayağını dizindən dişləyib. Hücum bazar günü, əl-Qusair şəhərinin yaxınlığında baş verib. Son beş il ərzində ilk dəfədir ki, belə bir hadisə baş verir.

Köpəkbalığının növü barədə məlumat təsdiqlənməyib. 2010-cu ildə baş verən silsilə hücumlar nəticəsində məşhur Şarm əş-Şeyx kurortunun bir hissəsi bir həftəlik bağlanılmışdı.

Qahirədəki Almaniya səfirliyi deyib ki, ölüm barədə xəbərdardır lakin əlavə şərh vermək iqtidarında deyil.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm