Con Kerri: "Razılıq üçün İran çətin qərarlar verməlidir"
Bizi izləyin

Dünya

Con Kerri: "Razılıq üçün İran çətin qərarlar verməlidir"

ABŞ dövlət katibi Con Kerri İranı nüvə proqramının gələcəyi üçün indi çətin qərar verməyə və ayın sonunadak razılıqəldə etməyə çağırıb.

O, İsveçrədə jurnalistlərə bildirib ki, razılığın əldə olunması üçün mühüm fikir ayrılıqları qalmaqdadır. Cənab Kerrinin sözlərinə görə, fundamental qərarlar indi verilməlidir və vaxt azaldıqca bu məsələ heç də yaxşıya doğru hərəkət etmir.

Rəsmilər oxşar bəyanatı razılıq üçün müəyyən edilən əvvəlki son müddətlər başa çatana yaxın da səsləndirmişdilər.

Dövlət katibi daha sonra Londonda İranla müzakirələr aparan P5+1 qrupu üzvlərinin nümayəndələri ilə görüşüb. Rəsmilərin sözlərinə görə, bəzi əsas məsələlərdə irəliləyiş əldə olunsa da, bir həll olunmamış vacib məsələlər qalır ki, bu da son razılığı qeyri-mümkün edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm