Sinqapur iqtisadi möcüzəsinin banisi öldü
Bizi izləyin

Dünya

Sinqapur iqtisadi möcüzəsinin banisi öldü

Sinqapurun ilk baş naziri Li Kuan Yu vəfat edib.

Publika.az KİV-lərə istinadla xəbər verir ki, bu barədə onun oğlu, Sinqapurun hazırki Baş naziri Li Syan Lun məlumat verib. 91 yaşlı Li Kuan Yu Sinqapur möcüzəsinin atası sayılırdı. Vaxtilə “üçüncü dünyanın” ən geridə qalmış bölgələrindən biri olan Sinqapur onun dövründə “gələcəyin şəhərinə” çevrilib.

Sabiq baş nazir fevral ayında sətəlcəmin ağır forması diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onun sağlamlıq durumu ilə bağlı xəbərləri bütün ölkə böyük həyəcanla izləyirdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm