Dünya
Azərbaycanlı iş adamı Türkiyədə deputatlığa namizəd oldu
Türkiyədə yaşayan azərbaycanlı iş adamı deputatlığa namizədliyini verib.
ANS PRESS-in məlumatına görə, İzmir Azərbaycan Qardaşlıq və
Əməkdaşlıq Dərnəyinin sədri Asif Qurban İzmirdən namizədliyini
irəli sürüb.
Azərbaycanlı iş adamı 7 iyunda keçiriləcək seçkilərdə Türkiyə Böyük
Millət Məclisinə girə bilmək üçün fəaliyyətə başlayıb. Məclisdə həm
izmirlilərin, həm də azərbaycanlı vətəndaşların səsi olmaq
istədiyini deyən həmyerlimiz əhəmiyyətli layihələrini həyata
keçirmək istədiyini ifadə edib.
"Ədalət və İnkişaf Partiyasından namizəd oldum. Çünki verilən
vədlər yerinə yetirildi. Türkiyə iqtisadi, ictimai və demokratiya
mənasında çox irəlilədi. Azərbaycan və digər türk dövlətləri ilə
olan yaxın əlaqələri daha da inkişaf etdirildi. Mən də o bölgələrin
mədəniyyətini və dilini yaxşı bildiyimdən gözəl davam edən
əlaqələrin daha da yaxşı olması üçün çalışacağam", - deyə
azərbaycanlı iş adamı qeyd edib.
Deputatlığa namizəd A.Qurban iqtisadi mənada ölkəyə xeyir
verəcəyini düşünür. O bildirib ki, İzmirə xarici investisiyaların
gəlməsini təmin etməyə çalışacaq.
-
Nida Xəbər 14:46
Göyçə yolu bağlandı: Basarkeçərin 10 kəndi qaytarılır?
-
Kriminal14:33
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - İNANILMAZ FAKTLAR
-
Hadisə14:03
Azərbaycanın Koreyadakı səfirinin ailəsində AĞIR İTKİ
-
Nida Xəbər 13:10
Paşinyan 5 saatlıq qapalı görüşdə 4 kəndlə bağlı nələr deyib?
-
Sosial12:57
Əhaliyə şad xəbər: bu evlər ucuzlaşacaq
-
Magazin112:22
Məleykə Əsədovanın görün neçə yaşı oldu
-
Region11:42
Nikolyanı Ermənistana buraxmadılar: Qarabağda yaralanmışdı, Qazaxla sərhəddə...
-
Nida Xəbər 11:32
Ermənistan polisi Bağanis-Voskepar yolunu bağladı