Obamanın köməkçisi nigeriyalı yazıçını 2 il sonra “dəfn etdi”
Bizi izləyin

Dünya

Obamanın köməkçisi nigeriyalı yazıçını 2 il sonra “dəfn etdi”

ABŞ prezidenti Barak Obamanın milli təhlükəsizlik üzrə köməkçisi Süzan Rays iki il əvvəl ölən Nigeriya yazıçısı Çinua Açebenin ölümü ilə əlaqədar baş sağlığı verib.

Publika.az xəbər verir ki, bu barədə “Buzzfeed” portalı siyasətçinin “Twitter” hesabına istinadən bildirib.

“Çinua Açebeni bu gün Nigeriyada, doğma kəndində dəfn etdilər. O, Afrika ədəbiyyatının nəhəngi idi. Açebe özündən sonra silinməz iz qoydu”, - Rays yazıb. Bir müddət sonra bu yazı siyasətçinin “Twitter” hesabından silinib.

“Buzzfeed”in yazdığına görə, nigeriyalı yazıçının 2013-cü ildə “The New York Times” dərc edilmiş nekroloqunun sosial şəbəkələrdə yayılması Obamanın köməkçisinin səhvinə səbəb olub. Təxmin edilir ki, Rays nekroloqun nəşrinin tarixinə diqqət yetirməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm