Dünya
Pekin və Dehli sərhəd problemində razılaşdılar
Çin və Hindistan arasında sərhəd probleminin həlli ilə bağlı Hindistanda keçirilən danışıqlar müsbət yekunlaşıb.
Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, iki ölkə Himalayda sərhəd boyu sülhün qorunmasını dəstəkləmək barədə razılaşıb.
Pekin və Dehli mübahisəli ərazilər üzrə tərəflərdən hər birinin maraqlarını nəzərə alaraq, həmçinin qlobal sülhün xeyrinə məsləhətləşmələri davam etməyə razılaşıblar. “Hər iki tərəf bütün sahələrdə praktik əməkdaşlığa nail olmaq, həmçinin beynəlxalq məsələlər üzrə koordinasiyanı yüksəltmək üçün birlikdə işləməlidir”, - danışıqların yekun sənədində deyilir.
Hazırda “Makmaqona xətti” (1914-cü ildə iki ölkə arasında hazırkı sərhədi təklif edən Britaniya Hindistanının xarici işləri üzrə katibi) iki ölkə arasında sərhədi təşkil edir. Hindistan mövcud sərhədi tanısa da, Çin 1959-cu ildə verdiyi rəsmi diplomatik notasında hazırki sərhədləri tanımadığını bildirib.
Ərazi mübahisəsi 1962-ci ildə iki ölkə arasında hərbi münaqişəyə gətirib çıxarıb. Münaqişədə Çin qalib gəlsə də, tərəflər əvvəlki sərhədlərinə qayıdıb. SSRİ-nin bitərəf qalması və ABŞ-ın Hindistana silah çatdıracağı barədə bəyanatından sonra Çin hərbi əməliyyatları birtərəfli qaydada dayandırmağa məcbur olub.
Tərəflər 45 il ərzində sərhəd problemini həll etmək üçün dəfələrlə görüşüb. Hazırda Çin və Hindistan arasında iki ərazi mübahisəli qalır. Onlardan biri Kəşmirin şimal-şərq hissəsi, digəri isə Arunaçal-Pradeş ştatının şimalıdır.
Ömər Dağlı
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!