Avropa Rusiyadan enerji asılılığını azaldan alternativ tapdı - FOTOLAR
Bizi izləyin

Dünya

Avropa Rusiyadan enerji asılılığını azaldan alternativ tapdı - FOTOLAR

Norveç Avropa Birliyinin Rusiyadan enerji asılılığının aradan qaldırılmasına böyük töhfə verə biləcəyini bəyan edib.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, Rusiya tərəfindən enerji ehtiyacının 30 faizinin təmin olunduğu Avrupa Birliyi Ukrayna böhranından sonra münasibətlərinin daha da gərginləşməsini sığortalamaq üçün Rusiyaya enerji alternativi axtarmağa başlayıb. Belə bir məqamda çıxış edən Norveçin xarici işlər naziri Borge Brende Avropa Birliyinə verdikləri təbii qazın həcmini artırmaq imkanına malik olduqlarını bəyan edib.

Hazırda Avropa Birliyinin enerji ehtiyacının 20 faizini qarşılayan Norveç dövlət rəsmisinin verdiyi bu açıqlama Rusiya tərəfindən də birmənalı qarşılanmayıb.

Avropa Birliyinin Enerji Komissiyası isə nazir Borge Brendenin bu açıqlamasını müsbət qarşılayıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm