Dünya
Kral səfərini yarımçıq qoydu
Göyərtisində əsasən ispan, alman və türk vətəndaşlarından ibarət 142 sərnişinin və altı ekipaj üzvünün olduğu Almaniya hava yolları şirkətinə məxsus Airbüs A320 təyyarəsinin martın 24-də Alp dağlarının Fransa hissəsində qəzaya uğraması İspaniya Kralı VI Felipeni Fransaya üçgünlük dövlət səfərini yarımçıq qoymağa məcbur edib.
Fransa ilə İspaniya arasında ikitərəfli əməkdaşlığı inkişaf
etdirmək məqsədilə martın 24-də xanımının müşaiyəti ilə Fransaya
səfər edən İspaniya monarxiyasının başçısını İnvalid meydanında baş
nazir Manuel Valls qarşılayıb. Oradan Yelisey sarayına gələn və
prezident Fransua Ollndla görüşən kral səfərini yarımçıq qoyaraq
İspaniyaya qayıtmağı qərara aldığını bəyan edib.
Bir neçə dəqiqəlik görüşdə Fransua Olland və Kral VI Felipe baş
verən hadisəni böyük faciə kimi dəyərləndirib və həlak olanların
ailələrinə başsağlığı veriblər.
Kral Yelisey sarayındakı görüşdən dərhal sonra İspaniyaya
qayıdıb.
Xatırladaq ki, təyyarə qəzası son illərdə Fransada baş verən ən
ciddi qəzalardan biri hesab olunur.
-
Magazin112:22
Məleykə Əsədovanın görün neçə yaşı oldu
-
Region11:42
Nikolyanı Ermənistana buraxmadılar: Qarabağda yaralanmışdı, Qazaxla sərhəddə...
-
Nida Xəbər 11:32
Ermənistan polisi Bağanis-Voskepar yolunu bağladı
-
Sosial11:13
Bütün sosial ödənişlər bu tarixdə veriləcək
-
Magazin111:07
Görün Brilliant Dadaşova oğluna nə dedi: Yalvarmaqdan... - FOTO/VİDEO
-
Dünya10:56
Almaniya prezidenti İstanbulda hər kəsi təəccübləndirdi: Dönər kabab...
-
Nida Xəbər 10:16
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - SİYAHI
-
Qarabağ 10:06
Araikin efirə getməyən müsahibəsi haqda sensasiyalı iddia: Nikol dərhal nə edib? - VİDEO