Moskvada "italyan tətili"
Bizi izləyin

Dünya

Moskvada "italyan tətili"

Moskvadakı 6 poliklinikanın həkimi iş yükünün azaldılması və ödənişsiz əlavə işin ləğvi tələbilə tətilə başlayıblar.

Publika.az-ın məlumatına görə, aksiyaya 20-dək həkim qatılıb. Daha 22 həkimin isə bir həftədən sonra aksiyaya qatılacağı gözlənilir.

Bu barədə regionlararası "Deystviye" həmkarlar ittifaqının nümayəndəsi Andrey Konoval deyib. Tətil təşkilatçılarından olan Anna Zemlyanuxina həkimlərin təlimatlara uyğun fəaliyyət göstərdiklərini və əlavə işdən imtina etdiklərini bildirib.

Səhiyyə sahəsində göstərilən iş cədvəlinə əməl olunacağını deyən Anna Zemlyanuxinanın sözlərinə görə, həkimlər "elektron növbənin" nəzərdə tutduğundan əlavə pasientlərin qəbul edilməyəcəyi barədə rəhbərliyi məlumatlandırıblar.

Bu arada Moskva səhiyyə departamentinin nümayəndəsi İnterfaks agentliyinə "italyan tətili"nin baş tutmadığını deyib. Səhiyyə rəsmisi paytaxtın tibbi müəssisələrində pasientlərin adi qaydada qəbul edildiyini bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm