Qəzaya uğramış təyyarənin qara qutusu tapıldı
Bizi izləyin

Dünya

Qəzaya uğramış təyyarənin qara qutusu tapıldı

Fransanın cənubunda qəzaya uğrayan Airbus A-320 tipli təyyarənin qara qutusu tapılıb.

Axar.az xəbər verir ki, "The Daily Mirror" müxbiri Endi Layns bu barədə Tvitter hesabında məlumat yayıb.

Fransanın Daxili İşlər naziri Bernar Kaznev bu informasiyanı təsdiq edib. Onun sözlərinə görə, registrator müstəntiqlərə veriləcək.

Xilasedicilər qəza yerindədirlər. Fransa polisi həlak olanların cəsədlərinin çıxarılmasının bir neçə gün çəkə biləcəyini bildirib. Təyyarənin qəzaya uğrama səbəbi dəqiqləşdirilməyib. Pilot təcrübəli biri olub və son uçuşu dünən reallaşmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm