Dünya
Gülnarə Kərimovanın adı yeni rüşvət qalmaqalında hallanır
Özünü diplomat, biznes-ledi, moda dizayeneri, müğənni,
şairə kimi sınaqlardan keçirən Gulnara Karimova yenidən dünya
mediasının diqqətindədir. Özəbəkistan prezidenti İslam Kərimovun
böyük qızı Gülnaranın adı yenidən rüşvət olayında
hallanır.
OCCRP-nin (Mütəşəkkil cinayətlərin və korrupsiyanın
araşdırılması layihəsi) son araşdırması Gulnara Karimova ilə bağlı
yeni faktlar ortaya qoyub. Araşdırma prezdent qızının 6 şirkətdən 1
milyard dollar rüşvət alması ilə bağlıdır.
“ŞİRKƏTLƏRİ TƏHDİD EDİRDİ?”
Araşdırmanın müəlliflərindən biri Miranda Patrucic AzadlıqRadiosuna
deyib ki, əldə etdikləri sənədlər Gülnara Karimovanın Özbəkistanda
fəaliyyət göstərən telefon şirkətlərindən müxtəlif yollarla rüşvət
aldığını göstərir:
“Gulnara Karimova Özbəkistandakı 6 rabitə şirkətindən 1 milyard
dollar rüşvət alıb. Özbəkistan prezidentinin qızı olan Gulnara
həmin şirkətlərinin yerli nümayəndəliyinin açılması müqabiləndə
payçı olmaq istəyib. Sonradan yoxlanış, bu şirkətlərdə cinayət
axtarışlarının aparılması təhdidi ilə onlardan rüşvət alıb.
Şirkətlərinsə pul verməkdən başqa çarələri qalmayıb”.
Miranda Patrucic deyir ki, Gulnara Karimovanın bu əməllərindən
təkcə həmin şirkətlər yox, ümumilikdə özbək xalqı itirib. Azı
rabitə və internet xidmətlərindən istifadə edənlər:
“Özbəkistan rabitə və internet xidmətlərinə görə ən bahalı
ölkələrdən biridir. Çünki bu şirkətin payçıları arasında Gulnara
Karimovanın da adı keçir”.
SON BİR İLDƏ GULNARA KARİMOVA MEDİADA…
“Gulnara Fransada moda həftəsi keçirdi”, “Gulnara Gerard Depardieu
ilə duet oxudu”, “Gulnara şeir yazdı”…
2013-cü ilə qədər Gülnarə Kərimova belə xəbərlərlə gündəmə gəlirdi.
Amma son bir ildə bu cür xəbərlər yerini “Gülnarə ev dustağıdır”,
“Atası Gülnarəni döydürdü”, “Gülnarənin yaxın adamları həbsə
atıldı”, “Gülnarənin bank hesabları donduruldu”… başlıqlı xəbərlərə
verdi.
Bütün şirkətləri, media holdingi əlindən alınan, bank hesablarının
dondurulduğu deyilən Gulnara öz tvitter hesabında ona qarşı
basqılardan yazırdı. Doğma anası və bacısını, onu atasının gözündən
salmaqda ittiham edirdi. Amma sonradan onun tvitter hesabı da
bağlandı. Son aylarda ondan heç bir xəbər yoxdur. Belə məlumatlar
var ki, Gulnaranın bəzi hərəkətləri atasının səbrini daşırdıb. Son
damla da Gulnara Karimova ilə bağlı 2012-ci ildən İsveçrə, İsveç və
Fransada başlanmış cinayət təhqiqatında əsas fiqurlardan biri
olmasıdır.
DÜNYA GULNARA KARİMOVAYA QARŞI…
Fransalı müğənni Lara Fabian Özbəkistandakı konsertini Gulnara
Karimovanın maliyyələşdirəcəyini eşidəndə konsertə gəlməkdən imtina
etmişdi. Şagirdlərin papmıq yığımında qul kimi işlədilməsinə görə,
2012-ci ildə Nyu Yorkda onun Moda Həftəsi boykot edilmişdi.
Daha bir olay bir qrup mühacirin Gulnaranin İsveçrədəki evini
tutması ilə bağlı idi. Mühacirlər diqqəti bu evdə xərclənən çirkli
pullara cəlb etmək üçün evin qarşısına “Bu ev Özbəkistan
prezidentinin qızı Gulnara Karimovanındır” lövhəsini asmışdırlar.
Media yazır ki, Karimova bu evi 2009-cu ildə 18 milyon dollara
alıbmış.
Bunlar Gulnara Karimovanın son bir neçə ildə barəsində
yazılanların xülasəsidir. Indi Gulnaranın bütün biznesinin əlindən
alındığı, özününsə xüsusi təyinatlı polislərin nəzarəti altında
evdə dustaq kimi saxlandığı barədə məlumatlar var. Hətta mediaya
onun evdən fotoları da sızdırılıb.
Əslində nə baş verdiyi, atasının öz ərkəsöyün qızına niyə bu qədər
hirslənməsinin səbəbi bəlli deyil. Bəziləri İslam Karimovun qızının
qeyri-qanuni, özbaşna hərəkətlərindən təngə gəlib və onu
cəzalandırdığını düşünür. Bəziləri isə İslam Karimovun öz qızını
qorumaq üçün bu yolu seçdiyi qənaətindədir. Çünki Gulnaranin adı
cinayət işlərində hallanır və mülklərinin əlindən alınması, bank
hesablarının dondurulmasından başqa həm də Gulnaranin həbs
təhlükəsi var. Yeganə çıxış yolu Gulnaranı qurban, represiyaya
məruz qalan kimi göstərib, hansısa xarici ölkədən sığınacaq almaqla
həbsdən qorumaqdır.
GULNARA EV DUSTAĞI OLSA DA…
Hər halda bunlar ehtimallardır. 2015-ci il prezident seçkilərində
atasının davamçısı kimi ən çox adı hallanan Gulnara Karimova ilə nə
baş verdiyi məlum deyil.
Miranda Patrucic Gulnara Karimovanın əvvəlki səlahiyyət və gücünün
olmadığı bir vaxtda bu araşdırma nəyisə dəyişəcəkmi sualını belə
cavablayır:
“Gulnara Karimova indi ev həbsində ola bilər, onun istifadə
etdiyi bəzi proxy-lər həbsdə ola bilər, bank hesablarına həbs
qoyula bilər. Amma Gulnara Karimova hələ də bir çox şirkətlərdə
payçıdır, onun bütün dünyada onlarla bank hesabları var və hələ də
gəlir götürür. Müxtəlif ölkələrdə mülkləri var, bəzi şirkətləri
hələ də fəaliyyətdir. Yəni, onunla bağlı araşdırmalar bitəcək kimi
görünmür”.
Gulnara Karimova ilə bağlı son araşdırmada deyilir ki, rabitə
şirkətlərindən rüşvət almaq, hədə yolu ilə vəsait ödəmədən payçı
olması aysberqin yalnız görünən tərəfidir. Özbəkistan prezidentinin
qızının hava yolları, sement, moda, əczaçılıq və digər sahələrdəki
biznesinin arxasında da böyük gizlinlər var.
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ