Obama Ukraynaya öldürücü silah verir
Bizi izləyin

Dünya

Obama Ukraynaya öldürücü silah verir

ABŞ Nümayəndələr Palatası Prezident Barack Obama tərəfindən Ukraynaya öldürücü silah ötürülməsi ilə bağlı təklif etdiyi qətnaməni bəyənib.

Publika.az-ın məlumatına görə, sənədi 348 parlament üzvü dəstəkləyib, 48 nəfəri əleyhinə səs verib. Lehinə səs verənlər arasında həm respublikaçılar, həm də demokratlar olub.

“Nümayəndələr Palatası Ukraynada böhranın həlli üçün hərbi yardımın göndərilməsinə böyük dəstək verir. Bu administrasiya tərpənməsə Rusiya təcavüzü cavabsız qalacaq”, - parlamentin aşağı palatasının sözçüsü Con Bohner bəyan edib.

Moskva Ukraynanın şərqində münaqişədə bilavasitə iştirak etdiyini mütəmadi olaraq inkar edir. Rusiya XİN rəhbəri Sergey Lavrov Amerika silahlarının Ukraynaya tədarük planlarının Donbasda atəşkəs haqqında Minsk razılaşmalarının pozulmasına yönəldiyini bəyan edib.

Vaşinqtonda daha əvvəl bəyan etmişdilər ki, öldürücü silah tədarükü imkanını nəzərdən keçirirlər, lakin hələ əldə edilən atəşkəsin nəticələrini gözləyirlər.

Ağ Ev təkidlə Ukraynaya öldürücü, o cümlədən müdafiə xarakterli, silah göndərməkdən çəkinirdi.

ABŞ Dövlət Departamentində bəyan edirdilər ki, Ukraynanın şərqində böhranın hərbi həllini görmürlər.

Amerikalılar artıq Ukraynanı zirehli jilet, rabitə vasitələri, quru hərbi payok və tibb avadanlıqları ilə təchiz ediblər. Lakin Ukrayna rəhbərliyi məhz öldürücü silah tədarükünə ümid edirdi.

Amerika KİV-ləri son vaxtlar ABŞ prezidentinin Ukraynaya məhz öldürücü silahlar göndərməyə meylli müçavirlərinin çoxaldığını qeyd edirlər. Ancaq prezident Obamanın yaxın ətrafında onun buna dair hələ qərara gəlmədiyini israr edirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm