Britaniyanın baş nazirliyinə 3 namizəd
Bizi izləyin

Dünya

Britaniyanın baş nazirliyinə 3 namizəd

Britaniyanın baş naziri Deyvid Kameron qarşıdan gələn parlament seçkilərində onun Mühafizəkarlar partiyası qalib gəlsə, üçüncü dəfə baş nazir vəzifəsinə namizədliyini irəli sürməyəcəyini bəyan edib.

Publika.az-ın məlumatına görə, Kameron BBC telekanalına müsahibəsində deyib ki, mayın 10-dan sonra onun partiyası hakimiyyətdə qalsa, təhsil və sosial təminat sahəsində islahatlar üzərində işləmək üçün tam beş il müddət vəzifəsinin icrasını yerinə yetirməyi vəd edib.

“Baş nazir vəzifəsində xidmət müddəti üyüdülmüş buğda kimidir, iki dəfə əladır, üçüncü dəfə isə bir az artıq olur. Elə bir zaman gəlir ki, yeni baxış və yeni liderlik daha məqsədəuyğundur və Mühafizəkarlar partiyasında yeni liderlər yetişib”– baş nazir əlavə edib.

Kameron daxili işlər naziri Teresa Mey, kansler Corc Osborn və London meri Boris Consonu potensial varislər qismində sadalayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm