Silahlı şəxslər sərnişinlərə hücum edib
Bizi izləyin

Dünya

Silahlı şəxslər sərnişinlərə hücum edib

Silahlı şəxslərin gecə-yarı ölkənin mərkəzi bölgəsində şosse yolunda sərnişinlərə hücumu zamanı azı 13 nəfər ölüb.

Publika.az-ın məlumatına görə, Vardak vilayətinin qubernatorunun sözçüsü Atahulla Xoqyani bir neçə silahlı şəxsin avtobusları yerli vaxtla gecə saat 1 radələrində atəşə tutduğunu bildirib. Qətlə yetirilənlərin bəzilərinin avtobusla ölkənin cənub bölgəsinə səfər etdiyi guman edilir.

Avtobuslara hücumun səbəbinin müəyyən edilmədiyi və hücumun məsuliyyətinin heç kəsin öz üzərinə götürmədiyi bildirilir.

Keçən ay Zabul vilayətində 30 nəfər azlıqda olan Xəzər şiə müsəlman səyahət edərkən silahlılar tərəfindən oğurlanmışdı. Oğurlanan xəzərlər hələ də tapılmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm