Dünya
Marağada 4 nəfər asılıb
Hüquq müdafiəçiləri Şərqi Azərbaycan vilayətinin Marağa şəhərində narkotik qaçaqçılığı ilə əlaqəli mühakimə edilmiş dörd məhkumun dar ağacından asıldığını bildirir.
Publika.az xəbər verir ki, Bəhram Əştəri, Atif Rəncbər, Vəli Nəcəfniya və Kərim Sadatın edam hökmünün icrası ilə bağlı məlumatlar martın 23-də yayılıb. Lakin İranda insan haqları pozuntuları haqda xəbər yayan HRA agentliyinə əsasən, hökm bir neçə həftə öncə həyata keçirilib.
Yayılan məlumata görə, hazırda Marağa zindanında edam hökmü gözləyən 27 digər məhkum saxlanılır. HRA bunların Novruz tətillərindən sonra edam ediləcəyini yazıb.
Birləşmiş Millətlər Təşkilatının İranda insan haqları üzrə xüsusi nümayəndəsi Əhməd Şahidin martın 15-də BMT-nin Baş Məclisinə təqdim etdiyi hesabatda 2014 ilində İranda azı 753 nəfərin edam edildiyi qeyd edilir. Hesabatda bunun son 12 il ərzində ən yüksək rəqəm olduğu bildirilir.
Əhməd Şəhid həmçinin Həsən Ruhaninin prezident seçildiyindən bəri İranda insan haqları vəziyyətinin pisləşdiyini ifadə edib.
İnsan haqları qruplarının yaydığı hesabatlara istinadən, İran Azərbaycanının Urmiyə, Ərdəbil və Təbriz şəhərləri İranda narkotik qaçaqmalçılığı ilə bağlı ən çox edam hökmünün icra olunduğu şəhərlər sırasındadır.
-
Nida Xəbər 02:19
Paris Bakı ilə münasibətlərin normallaşması üçün addım atmasa... - Hadisələr necə inkişaf edəcək?
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO