Rusiya CNN kanalına yayım lisenziyası verib
Bizi izləyin

Dünya

Rusiya CNN kanalına yayım lisenziyası verib

Amerikanın CNN telekanalı Rusiya ərazisində yayım icazəsi verən universal lisenziya alıb.

Publika.az xəbər verir ki, 10 il müddətinə verilmiş lisenziya telekanalın peyk və kabel yayınçıları ilə müqavilələr bağlamasına imkan yaradır.

Bundan əvvəl CNN Rusiyada yayınlarını “NTV plyus” peyk operatorunun lisenziyası çərçivəsində həyata keçirirdi. Lakin 2014-cü ildə Rusiya qanunvericiliyindəki dəyişikliklə əlaqədar CNN yayınlarını dayandırdığını elan etmişdi.

CNN Rusiyada çətinliklərlə keçirdiyi zarafat müsabiqədən sonra üzləşmişdi.

Kanalın jurnalistlərin arasında keçirdiyi “Ən eybəcər abidə” müsabiqəsində ikinci yeri Brest qalasının müdafiəçilərinə ucaldılmış “Mərdlik” kompleksi tutmuşdu.

Bundan sonra Rusiyanın Xarici İşlər Nazirliyi bəyanat yaymış və kanalın fəaliyyətinin dayandırılmasını tövsiyə etmişdi.

CNN 1983-cü ildən Rusiyada öz nümayəndəliyinə malikdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm