Putin: “2018- ci ildə Rusiya prezidenti başqa şəxs ola bilər”
Bizi izləyin

Dünya

Putin: “2018- ci ildə Rusiya prezidenti başqa şəxs ola bilər”

2018-ci ildə Rusiya prezidenti postunu başqa insan tuta bilər”.

Publika.az RİA agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin WorldSkills International təşkilatının sədri Saymon Bartli ilə görüş zamanı bildirib.

Rusiya prezidenti 2018-ci ildə keçiriləcək seçkilərdə digər namizədin qalib gələcəyini istisna etmədiyini deyib. Sonuncu dəfə 2014 - cü ilin dekabrın 18 - də bu məsələ barədə danışan Putin bununla bağlı qərar verməyin hələ tez olduğunu vurğulamışdı.

Rusiya prezidenti həmçinin qeyd etmişdi ki, “ömürlük” dövlət başçısı postunda qalmaq istəmir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm