Liderlər A320 təyyarəsinin qəzaya uğradığı əraziyə gediblər
Bizi izləyin

Dünya

Liderlər A320 təyyarəsinin qəzaya uğradığı əraziyə gediblər

Almaniya, Fransa və İspaniya liderləri A320 təyyarəsinin qəzaya uğradığı əraziyə baş çəkmək üçün Alp dağına gediblər.

Publika.az xəbər verir ki, Fransua Olland, Angela Merkel və Mariano Rajoy martın 25-də xilasedicilərlə görüşməzdən əvvəl qəza yerinin ətrafına uçublar.

Qeyd edəkki, qəza martın 24-də Fransa ərazisində baş verib. Artıq təyyarənin qara qutusu tapılıb.

Fransanın daxili işlər naziri Bernör Kəznöv qutunun zədələndiyini, amma, informasiya baxımından faydalı ola biləcəyini deyib.

Hazırda qəza yerində axtarış əməliyyatları aparılır. 150 nəfərin olduğu A 320 təyyarəsi Barselonadan Dusseldorfa uçurmuş.

Qəza dəniz səviyyəsindən 2 min metr yüksəklikdə baş verib. Bütün sərnişin və heyət üzvlərinin öldüyü bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm