Lvovda hərbi hissəyə hücum- 35 nəfər xəsarət aldı- YENİLƏNDİ
Bizi izləyin

Dünya

Lvovda hərbi hissəyə hücum- 35 nəfər xəsarət aldı- YENİLƏNDİ

Ukraynada milis idarəsi tutulub, hədəfdə isə məhkəmədir

Fevralın 18-də gecə saatlarında Lvovda etirazçıların 4114 saylı hərbi hissəyə hücumu nəticəsində 5 nəfər xəstəxanaya yerləşdirilib, daha 30 nəfər isə xəsarət alıb. Trend-in məlumatına görə, bu barədə İTAR-TASS Ukrayna Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən xəbər verir.

Məlumata görə, 2 minə yaxın naməlum şəxs Daxili Qoşunların hərbi hissəsinə hücum edib. Hücum zamanı etirazçılar 2 nəzarət buraxılış məntəqəsini və kazarma binasını yandırıblar.

Hərbi hissəsinin arsenalına toxunulmayıb.

16.22

Lvovda milisin şəhər idarəsini tutdular, məhkəmələr təxliyə edir

Ukraynanın Lvov şəhərinin milis idarəsi vətəndaşlar tərəfindən ələ keçirilib.Publika.Az –ın “unian.net” saytına istinadən verdiyi məlumata görə, idarənin müvəqqəti saxlanma kamerasında saxlanılanların hamısı sərbəst buraxılıb.

Məlimata görə, milis idarəsinin birinci mərtəbəsinin şüşələri və giriş qapıları sındırılıb. İdarənin ələ keçirilməsi zamanı hər hansı bir qarşıdurmanın olmadığı bildirilir. Sayt qeyd edir ki, Lvov şəhər məhkəməsinin təxliyyəsinə başlanılıb.

Bildirilir ki, bu səhər bir qrup adam yerli məhkəmənin binasını tutmağa çalışsa da buna nail olmayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm