Ölüm səfərinə püşk atanlar: Təyyarədə qəzaya uğrayanların həyat hekayələri
Bizi izləyin

Dünya

Ölüm səfərinə püşk atanlar: Təyyarədə qəzaya uğrayanların həyat hekayələri

Fransada qəzaya uğrayan Almaniya təyyarəsində olan sərnişinlərin maraqlı həyat hekayələri ortaya çıxmağa başlayıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Almaniyanın Helzenkirhen şəhəri yaxınlığında yerləşən bir liseydən İspaniyaya gedən 16 şagird püşklə müəyən edilmişdi.

İspaniya və Almaniya arasında həyata keçirilən şagird mübadiləsi proqramına sözügedən liseydən 40 şagirdin qatılmaq istəməsi məktəbin rəhbərliyini püşk atmağa məcbur edib və 16 nəfərlik qrup müəyyənləşdirilib. Hələ adları açıqlanmayan 16 şagirdə iki müəllim də qatılıb.

Qeyd edək ki, qəzada çoxu Almaniya vətəndaşı olmaqla 150 nəfər həyatını itirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm