Təyyarə qəzası ilə bağlı ŞOK İDDİA: Pilot göydə intihara cəhd edib
Bizi izləyin

Dünya

Təyyarə qəzası ilə bağlı ŞOK İDDİA: Pilot göydə intihara cəhd edib

Fransada Alp dağlarında bir neçə gün bundan əvvəl “Airbus A320” təyyarəsinin qəzaya uğramasının səbələrindən biri pilotun özünə qəsd etməsi ehtimalıdır.

Publika.az xarici mətbuata əsasən xəbər verir ki, Almaniyanın ucuz tarifli “Germanwings” hava nəqliyyat şirkətinə məxsus təyyarənin ekipaj üzvlərindən biri intihara cəhd göstərib.

Bir qədər əvvəl “The New York Times” qəzadan əvvəlki danışıqlarla bağlı məlumat yayaraq bildirib ki, ekipaj üzvlərindən biri təyyarənin salonundan çıxıb. O, geri qayıtdıqda qapının bağlı olduğunu görüb və bir neçə dəfə döyüb. Ekipaj üzvü hətta qapını sındırmaq istəyib. Radiostansiya ekspertlərinin qənaətincə, bu olayın baş verməsi layner komandirinin pilotların olduğu kabinənin qapısını içəridən bağlamasını sübut edir.

“İki cür kilid var: - kodlu və düyməli. Düyməni basanda kabinənin içinə siqnal daxil olur. Əgər komandir qapının açılmasını istəməsə, o, qapını blok edir – deyə ekspert kimi danışan pilotlardan biri deyib. Ekspertlər hesab edir ki, qəzaya səbəb olan hadisə tədricən, özü də ən uca yüksəklikdə yaranıb. Qəza da tədricən ortaya çıxıb.

Məlumata görə, Barselonadan Düsseldorf şəhərinə uçan təyyarədə 144 sərnişin və altı ekipaj üzvü vardı.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm