Meriya binasında ərzaq qəbulu məntəqəsi yaradılıb
Bizi izləyin

Dünya

Meriya binasında ərzaq qəbulu məntəqəsi yaradılıb

Binanın birinci mərtəbəsində isə ərzaq məhsullarının qəbulu məqsədilə məntəqə yaradılıb. Binada həmçinin tibb məntəqələri yerləşdirililib.

Yüzlərlə nümayişçi yenidən ələ keçirilən Kiyev Şəhər Dövlət Administrasiyasının binasında məskunlaşmağa başlayıb.Publika.Az –ın “İnterfaks-Ukrayna” agentliyinə istinadən verdiyi məlumata görə, nümayişçilər binada gecələməyə hazırlaşır və yerə xalçalar sərirlər.

Binanın birinci mərtəbəsində isə ərzaq məhsullarının qəbulu məqsədilə məntəqə yaradılıb. Binada həmçinin tibb məntəqələri yerləşdirililib. Tibb məntəqəsində könüllü həkimlər yaralıları müayinə edir və vətəndaşlardan dərman ləvazimatlarını qəbul edirlər. Binanın qarşısında isə özünümüdafiə dəstəsinin üzvləri keşik çəkirlər.

Qeyd edək ki, Kiyev meriyasının binası 1 Dekabr 2013-cü il tutulmuşdu. 16 Fevral 2014-cü il tarixində qəbul edilən amnistiya qərarından sonra buna azad edilmişdi. Dünənki qarşıdurmalardan sonra isə meriya binası yenidən nümayişçilərin əlinə keçib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm