Putin xəbərdarlıq etdi: “Xarici təhlükəyə adekvat cavab veriləcək”
Bizi izləyin

Dünya

Putin xəbərdarlıq etdi: “Xarici təhlükəyə adekvat cavab veriləcək”

Rusiya prezidenti Vladimir Putin əmindir ki, heç kim Rusiyaya təzyiq göstərə bilməz.

Publika.az ANS PRESS-ə istinadən bildirir ki, Federal Təhlükəsizlik Xidmətinin kollegiya iclasında çıxış edən rus lider bildirib ki, Moskva milli təhlükəsizliyə istənilən xarici təhlükəyə adekvat cavab addımı atacaq.

Putinin sözlərinə görə, Qərb bütün mexanizmlərdən istifadə edərək Rusiyanın mövqeyini sarsıtmaq istəyir. Burada həm iqtisadi təzyiqlərdən, həm də informasiya müharibəsindən istifadə edirlər.

“Daha güclü alətləri işə salırlar, bunların içində nüvə paritetini dağıtmaq, ildırım sürətli zərbə vurmaq üçün iri miqyaslı layihələr də var, o cümlədən kosmik texnologiyaların istifadə edilməsi də istisna deyil”, - deyə Putin vurğulayıb.

Prezidentin sözlərinə görə, Rusiya öz prinsipial mövqeyindən çəkinməyəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm