Dünya
Qəzaya uğrayan təyyarədə İŞİD izi - FOTO
Fransada “Airbus 320” tipli sərnişin təyyarəsinin qəzaya uğramasında əsas günahkar hesab olunan köməkçi pilotun kimliyinin açıqlanmasından sonra “Facebook”da şok bir paylaşım edilib.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, köməkçi pilot Andreas Lubitzin adına “Facebook”da açılan bir səhifənin adının “İslam Dövlətinin qəhrəmanı Anders Lubitzə dəstək” olması ortaya çıxıb. Özü ilə birlikdə 150 nəfərin ölümünə səbəb olan köməkçi pilotun şəklinin paylaşıldığı səhifədə yazılan “Allah sizi sevir” sözləri diqqət çəkib. Səhifə qısa müddət sonra “Facebook” rəhbərliyi tərəfindən bağlanılıb.
Qeyd edək ki, Fransada Alp dağlarında bir neçə gün bundan əvvəl “Airbus A320” təyyarəsinin qəzaya uğramasının səbələrindən biri köməkçi pilotun özünə qəsd etməsi ehtimalıdır. “The New York Times” qəzadan əvvəlki danışıqlarla bağlı məlumat yayaraq bildirib ki, ekipaj üzvlərindən biri təyyarənin salonundan çıxıb. O, geri qayıtdıqda qapının bağlı olduğunu görüb və bir neçə dəfə döyüb. Ekipaj üzvü hətta qapını sındırmaq istəyib. Radiostansiya ekspertlərinin qənaətincə, bu olayın baş verməsi layner komandirinin pilotların olduğu kabinənin qapısını içəridən bağlamasını sübut edir.
Ömər Dağlı
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!