Ermənilər ABŞ-da dilənir
Bizi izləyin

Dünya

Ermənilər ABŞ-da dilənir

Amerika Erməni Məclisi ABŞ Konqresindən Ermənistana yardım etməyi xahiş edib.

Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, məclis Konqresdən 40 milyon ABŞ dolları istəyib. Buna səbəb kimi isə Ermənistanda iqtisadi durumun ağır olması göstərilib.

Həmçinin onlar Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisində Ermənistan tərəfindən yaradılmış qondarma rejim üçün 5 milyon ABŞ dollarının verilməsini xahiş edib.

Ermənistanda bir sıra politoloqlar isə bu tipli xarici yardımlar axtarışını dilənçiliyə bənzədib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm