İsrailli hərbçilərin bu videosu qalmaqala səbəb oldu (VİDEO)
Bizi izləyin

Dünya

İsrailli hərbçilərin bu videosu qalmaqala səbəb oldu (VİDEO)

İsrail hərbçilərinin gecə vaxtı fələstinli ailənin evinə girərək axtarış apardığını əks etdirən videolar yayılıb.

ANS PRESS-in məlumatına görə, bir neçə əlisilahlı və üzü maskalı "B'Tselem" hərbi qrupunun üzvləri gecə saat 3:20-də qəfildən fələstinli ailənin evinə girərək axtarış aparmağa başlayıb. Digər üzü maskalılar da evdəki bütün uşaqları oyatmağı tələb edib. Anaları isə uşaqların yatdıqlarını və əsgərləri görəndə qorxacaqlarını deyib. Lakin hərbçilər uşaqları çağırmaqda təkid ediblər. Onlar yuxudan oyandırılan uşaqlardan adlarını və yaşlarını soruşub, şəkillərini çəkiblər.

Uşaqların atası övladlarına tez-tez "qorxmayın" deyib. Lakin onlardan biri hətta həyəcandan öz adını da səhv deyib. Hərbçilər evdən çıxan kimi isə uşaqlardan biri ağlamağa başlayıb.

Uşaqların anası belə bir vaxtda niyə evlərinə gəldiklərini soruşanda hərbçilərdən biri "mən öz günümün qafikini sizinlə müzakirə etmək niyyətində deyiləm" deyə cavab verib. Onlar uşaqları dindirmələrini isə belə izah ediblər ki, gün ərzində uşaqlar israilli əsgərlərə daş atıblar.

Qeyd edək ki, "Beynəlxalq uşaqları müdafiə" təşkilatının Fələstin şöbəsinin məlumatına görə, İsrail hərbçiləri hər il 500-700 arası uşağı əsgərlərə daş atdığına görə həbs edirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm