Dünya
Qəzaya uğrayan təyyarədə toqquşmadan öncə yaşananlar - STENOQRAM
Fransada Alp dağlarında qəzaya uğrayan “Airbus 320”
tipli sərnişin təyyarəsinin qara qutusunda qeydə alınan bəzi
məqamlar açıqlanıb.
Publika.az xəbər verir ki, xarici mediada qara
qutuda qeydə alınanlara istinadən təyyarə qəzaya uğramamışdan öncə
baş verənlər haqda informasiya yayılıb.
Saniyəsinə qədər qeydə alınan həmin məqamlar bunlardır:
“Kapitan pilot köməkçi pilotdan sükanı almasını xahiş etdi”.
“Bu arada kreslonun geriyə çəkildiyi səsi gəlir və qapı
açılır”.
“Köməkçi pilot sükanı alır və kabinədə tək qalır”.
“Bir az keçmiş kiminsə kabinəyə girməyə çalışdığı səsləri
gəlir”.
“Lakin köməkçi pilotdan heç bir səs çıxmır. Qapı möhkəm şəkildə
döyülür”.
“Kabinədə qalan pilotun ağır-ağır nəfəs aldığı eşidilir”.
“Bu onun həyatda olduğunu göstərir. Toqquşma olana qədər onun
nəfəsi eşidilir”.
“Sərnişinlər son ana qədər heç nə hiss etmirlər”.
“Toqquşmaya az qalmış salonda qışqırıq səsləri eşidilir”.
Qeyd edək ki, Barselonadan Düsseldorf şəhərinə uçan təyyarədə 144 sərnişin və altı ekipaj üzvü olub.
-
İdman22:04
"Qarabağ" finalda!
-
Hadisə21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi
-
Magazin121:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı