Yəməndə vəziyyət gərginləşdi - VİDEO
Bizi izləyin

Dünya

Yəməndə vəziyyət gərginləşdi - VİDEO

Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələri bu gecə də Yəməndə husi üsyançılarının mövqelərini bombalayıb.

ANS TV-nin məlumatına görə, aviazərbələr zamanı, paytaxt Sənanın hava limanı ətrafı hədəf seçilib. Həmin bölgələrdə husi üsyançılarına məxsus bazaların olduğu güman edilir.

Misir, İordaniya, Sudan, Türkiyə və Pakistan rəhbərliyi də əməliyyatlara dəstəklədiklərini bəyan ediblər. Amerika Birləşmiş Ştatlarının dövlət katibi Con Kerri husi üsyançılarına qarşı görülən tədbirləri alqışladığını deyib.

Rusiya prezidenti Vladimir Putin isə, iranlı həmkarı Həsən Ruhani ilə telefon əlaqəsi yaradaraq İran rəhbərliyini dərhal Yəməndə hərbi fəaliyyətinə son qoymağa çağırıb.

Hələlik İran husi üsyançılarına dəstək olan yeganə ölkə olduğu iddiaları var. Bir qədər əvvəl İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif rəsmi Ər-Riyaddan aviazərbələri dayandırmağı tələb edirdi.

Ölkədəki zorakılıqlardan qaçmadığı deyilən Yəmən prezidentinin Səudiyyə Ərəbistanına sığındığı xəbəri də yayılıb. Ötən gün Yəmən liderini paytaxt Ər-Riyadda ölkənin müdafiə naziri Şahzadə Məhəmməd qarşılayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm