Dünya
Ahraru-Şam qruplaşmasından Yəmən əməliyyatına dəstək - Fotofakt
Suriyada Əsədə qarşı döyüşən Ahraru-Şam qruplaşması da
Səudiyyə Ərəbistanının rəhbərliyi ilə 10 ölkənin həyata keçirdiyi
Yəmən əməliyyatına dəstək bəyanatı yayıb.
Publika.az xəbər verir ki, qruplaşma bəyanatda İranın həddini aşdığını elan edib.
“İran İraqı işğal etdi, Suriyada qətliamlara dəstək verdi, indi
də Yəməndə hərəkətə keçdi. Biz Yəmən xalqının yanındayıq”, - deyə
bəyanatda bildirilib.
Qeyd edək ki, Yəməndə husilərin üsyanı nəticəsində ölkə qarışıb. Prezident Əbdrəbbuh Mansur Hadinin ölkədən qaçdığı deyilir. Lakin ölkə rəsmçiləri bunu təkzib edir.
Məlumatlara görə, üsyançılara qatılan ordu bölmələri beynəlxalq
hava limanını ələ keçirib, paytaxtda atışma səsləri
eşidilir.
Prezident Əbdrəbbuh Mansur Hadi BMT Təhlükəsizlik Şurasından şiə
husi üsyançılara qarşı mübarizədə kömək etmək istəyən ölkələrin
hərbi müdaxiləsinin dəstəklənməsini xahiş edib. Öz məktubunda o,
legitim hakimiyyətə bütün mümkün üsullarla təxirəsalınmaz dəstək
göstərməyə icazə verən qətnamə qəbul etməyə çağırıb.
Misir, İordaniya, Sudan, Türkiyə, Pakistan və Səudiyyə üsyançılara qarşı çıxır. ABŞ dövlət katibi Con Kerri husi üsyançılarına qarşı görülən tədbirləri alqışladığını deyib.
Hazırda üsyançıları dəstəkləyən yeganə ölkə İrandır. Rusiya
prezidenti Vladimir Putin də İran rəhbərliyini üsyançılara
dəstəkdən imtina etməyə çağırıb.
Asif Nərimanlı
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər