Dünya
BMT hesabat yaydı
Suriya və İraq müharibələri səbəbi ilə sənayeləşmiş ölkələrə sığınacaq tələbi ilə müraciət edənlərin sayı son 22 ildə ən yüksək səviyyəyə qalxıb.
Bu barədə BMT-nin Qaçqinlar Komitəsinin son hesabatında deyilir.
Bildirilir ki, 2014-cü ildə 866 min insan dünyanın 44 ölkəsinə müraciət edib. Bu göstərici 2013-cü illə müqayisədə 45 faiz çoxdur. Hesabatda 150 min anketin, başqa sözlə sığınacaq üçün müraciət edənlərin hər beşindən birinin suriyalı olduğu bildirilir. İraq ikinci yeri tutur. Daha sonra isə Əfqanıstan, Serbiya və Eritrea gəlir.
Almaniya 173 min anket almaqla birinci sırada yer alır. Bu anketlərin üçdə biri suriyalıların müraicətidir. ABŞ-dan sığınacaq istəyənlər 120 min təşkil edir. Onların əksəriyyəyi Meksika və Mərkəzi Amerika ölkələrinin vətəndaşıdır.
BMT-nin bildirdiyinə görə, müraciət edilən 5 əsas ölkəyə Türkiyə, İsveç və İtaliya daxildir. Ötən il İtaliyaya 63 min 700 insan müraciət edib. Onların əksəriyyəti Mali, Nigeriya və Qambiyadandır. Hesabatda Rusiya Federasiyası göstərilmir. Lakin qaçqınlar komitəsi 265 min 400 müvəqqəti sığınacaq istəyənin Rusiyaya müraciət etdiyini bildirir. Onların 5800-nü ukraynalılar təşkil edir.
Lakin Avstraliyada əks göstəricilər qeydə alınıb. 2014-cü ildə o ölkəyə sığınmaq istəyənlərin sayı 24 faiz azalıb. Yəni 11 min 700-dən 9 minə düşüb. (anspress)
-
Səhiyyə05:15
Ömrü uzadan pəhriz sınaqdan UĞURLA ÇIXDI
-
Avropa03:43
Meqan Markl Keyt Middltonun xəstəliyindən necə istifadə etdi? - ŞOK DETALLAR
-
Avropa02:00
Azərbaycanlı jurnalist Kiyevdə vəfat etdi - FOTO
-
Magazin101:41
Azərbaycanda tanınmış müğənni üçün 2-ci dəfə TOY ÇALINACAQ - VİDEO
-
Magazin100:30
“Sonradan soyunanda göz öyrəşmir” - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: çox ciddi münaqişə baş verə bilər
-
Sosial28 Mart 22:50
Əhaliyə ŞAD XƏBƏR: pensiya və müavinətlər artırıla bilər - VİDEO
-
İdman28 Mart 22:24
UEFA-dan Avro-2024-lə bağlı YENİLİK - Yekun qərar bu tarixdə veriləcək