Pilot intihar etməyib – təyyarə qəzasının səbəbini ortaya çıxaracaq dəlil tapıldı
Bizi izləyin

Dünya

Pilot intihar etməyib – təyyarə qəzasının səbəbini ortaya çıxaracaq dəlil tapıldı

Alman polisi Fransada Alp dağlarına çırpılaraq qəzaya uğrayan “Airbus 320” tipli sərnişin təyyarəsinin köməkçi pilotu Andrea Lubitzin evində axtarış aparıb.

Publika.az xəbər verir ki, Fransfurt şəhərinin Montabur qəsəbəsində yerləşən evdə aparılan axtarış nəticəsində pilotun kompüteri və müxtəlif əşyaları müsadirə olunub.

Polis sözçüsü Markus Niesczerynin sözlərinə görə, pilotun təyyarəni Alp dağlarına çıxmasının səbəbini bəlli edəcək əhəmiyyətli ip ucu tapılıb.

“Bəzi araşdırmalardan sonra əhəmiyyətli bir ip ucu tapdıq. Hazırda bunun nə olduğunu açıqlamayacağıq. Lakin hadisənin səbəblərinin ortaya çıxmasında lazımlı olacağını düşünürük”, - deyə sözçü bildirib.

Onun sözlərinə görə, tapılan dəlil pilotun intihar etməsi haqda ehtimalı aradan çıxarır.

Qeyd edək ki, Fransada Alp dağlarında bir neçə gün bundan əvvəl “Airbus A320” təyyarəsinin qəzaya uğramasının səbəblərindən biri köməkçi pilotun özünə qəsd etməsi ehtimalıdır. Qəzaya uğrayan təyyarədə 150 insan olub.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm