Nemtsovun xatirə lövhəsi üçün imza toplanır
Bizi izləyin

Dünya

Nemtsovun xatirə lövhəsi üçün imza toplanır

Moskvada Boris Nemtsovun qətlə yetirildiyi yerdə yaradılmış xatirə guşəsi martın 27-dən 28-nə keçən gecə ikinci dəfə dağıdılsa da, yenidən bərpa edilib.

Publika.az xəbər verir ki, xatirə guşəsini kimlərin dağıtdığı bəlli deyil. Kremlin yaxınlığında yerləşən və xüsusi mühafizə olunan ərazidən güllər, fotolar və şamlar aparılıb.

Xatirə guşəsi birinci dəfə martın 25-də dağıdılmışdı. Buna görə məsuliyyəti SERB hərəkatı üzərinə götürmüşdü. Nemtsovun əqidə yoldaşı, müxlaifətçi İlya Yaşin baş verənləri təxribat adlandırıb. Onun dediyinə görə, siyasətçinin öldürüldüyü yerdə xatirə lövhəsinin qoyulması üçün imza toplanır.

Putin siyasətinin qatı tənqidçilərindən olan Boris Nemtsov bu il fevralın 27-də Kremlin yaxınlığında qətlə yetirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm