Dünya
Putindən Fələstinə böyük jest
Rusiya Prezidenti Vladimir Putin paytaxtı Şərqi Qüds olmaqla müstəqil Fələstin dövlətinin yaradılmasına yardım edəcəklərini açıqlayıb.
Axar.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Misirdə reallaşan Ərəb Birliyi sammitinə məktub göndərən Kreml rəhbəri ölkəsinin ikitərəfli danışıqlarda vasitəçilik etməyə hazır olduğunu bildirib:
“Yaxın Şərq kvarteti ilə Ərəb Birliyi daha yaxın əməkdaşlıq etməlidir. Biz Ərəb Birliyi ilə əməkdaşlığı genişləndirməyə hazırıq. Fələstin xalqının müstəqil, paytaxtı Şərqi Qüds olan bir dövlət qurmasına qanuni haqqı var. Suriya, Liviya və Yəməndə böhranın həll edilməsi ölkə daxilində dialoqun təmin edilməsi və beynəlxalq hüquq prinsipləri çərçivəsində addımlarla mümkün ola bilər”.
Xatırladaq ki, İsrail-Fələstin probleminin həlli üçün Rusiya, ABŞ, BMT və Avropa Birliyindən ibarət Yaxın Şərq Kvarteti 2002-ci ildə yaradılıb.
-
MDB23:12
Rusiya müdafiə nazirinin müavini SAXLANILDI
-
İdman22:48
Son çempion boşanır: uşaqlıqdan başlayan nağıl bitir
-
Dünya21:36
Məşhur bloqer helikopterdən bir çanta pulu çimərliyə SƏPƏLƏDİ - VİDEO
-
Sosial21:24
Böyük ümidlərlə getmişdilər: ilk şəhidimizin məzarı tapılmadı - FOTO
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı