Yəmən əməliyyatından öncə Riyadda gizli görüşdə nələr olub?
Bizi izləyin

Dünya

Yəmən əməliyyatından öncə Riyadda gizli görüşdə nələr olub?

Yəməndə hakimiyyətə qarşı üsyan edən şiə husilərə dəstək verən keçmiş prezident Əli Abdullah Salih daha öncə razılaşmadığı dialoqun ölkə sərhədlərindən kənarda keçirilməsi məsələsini qəbul edib.

Publika.az xəbər verir ki, keçmiş prezident Səudiyyə Ərəbistanının rəhbərliyi ilə üsyançılara qarşı keçirilən əməliyyatları pisləyib.

“Həll yolu dialoqdur, bombalama deyil”, - deyə bildirib.

O, Ərəb Birliyi və BMT-nin iştirakı ilə dialoqu dəstəkləyib.

Salihinin iddiasına görə, Yəmən böhranının səbəbi hakimiyyətdə qalmaq üçün hər vasitəyə əl atan prezident Hadidir.

Qeyd edək ki, Salihi 2011-ci ilin 23 dekabrında Körfəz Birliyi Təşkilatının təşəbbüsü ilə Riyadda imzalanan anlaşmaya görə, səlahiyyətlərini köməkçisi Abdurabbu Mansur Hadiyə verib.

“Əl-Cəzirə”nin yaydığı məlumat isə olduqca diqqət çəkir. Belə ki, telekanalın əldə etdiyi məlumatlara görə, Yəməndə husilərə qarşı əməliyyatdan qısa müddət əvvəl Salihinin oğlu Əhməd Əli Abdullah Salihi Ər-Riyada səfər edib və bazarlıq aparıb.

Məlumata görə, Əhməd Salihi Səudiyyə Ərəbistanının müdafiə naziri Mühammed bin Selman ilə görüşüb. Müdafiə naziri ondan husilərə verdikləri dəstəyi kəsməyi istəyib. O isə prezident olmasına dəstək veriləcəyi təqdirdə buna razılaşacağını bildirib.

O, Səudiyyə nazirindən dondurulan hesablarının açılması və atası haqqında beynəlxalq axtarışın dayandırılması şərtini də irəli sürüb.

Hazırda əməliyyatlar davam edir və husilərə məxsus mövqelər havadan zərbələrlə darmadağın edilir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm