Seçkidə səs verdikləri üçün öldürüldülər
Bizi izləyin

Dünya

Seçkidə səs verdikləri üçün öldürüldülər

Prezident seçkilərinin keçirildiyi Nigeriyada terror təşkilatı Boko Harama bağlı olmaqda şübhəli bilinən silahlı şəxslərin təşkil etdiyi hücumda 25 nəfər həyatını itirib.

Publika.az xəbər verir ki, Nigeriyanın şimal-şərqində Borno əyalətinin Buratai qəsəbəsində seçki məntəqəsinə səs verdikdən sonra jurnalistlərə açıqlama verən əyalət rəhbəri Alhaji Shettima Boko Haram tərəfdarlarının səs verən vətəndaşlara hücum etdiyini, nəticədə 25 nəfərin öldürüldüyünü bildirib.

Terrorçuların səs verməyə hazırlaşan insanların evinə hücum etdiyi deyilir.

Bundan öncə Boko Haramın lideri Əbubəkr Şekau internetdə yayılan video seçkini sabotaj edəcəyini açıqlamışdı.

Ölkənin şimal və şimal-şərqində Boko Haramın hücum etmək ehtimalına qarşı seçkilər təxirə salınıb.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm