Ərəb ölkələri Yəməndə quru əməliyyatlarına başlayır
Bizi izləyin

Dünya

Ərəb ölkələri Yəməndə quru əməliyyatlarına başlayır

Ərəb ölkələri yaxın günlərdə Yəməndə Husi üsyançılarına qarşı quru əməliyyatlarına da başlaya bilərlər.

Publika.az xəbər verir ki, bu barədə Yəmənin xarici işlər naziri Riyad Yasin CNN kanalına müsahibəsində deyib. Onun sözklərinə görə, qoşunların Yəməndə yerüstü əməliyyata daha tez başlamasına ehtiyac var.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı martın 25-də husilərin Yəməndə ölkənin cənub regionlarına irəliləməsinin qarşısını almaq və Prezident M.Hadinin yenidən hakimiyyəti ələ keçirməsinə kömək etmək məqsədilə Yəmənə hava hücumlarına başlayıb. Səudiyyə Ərəbistanı 10 ərəb ölkəsinin bu əməliyyatı dəstəklədiyini bildirib. Həmçinin ABŞ husilərə qarşı hücumları dəstəkləyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm