Odessada terror
Bizi izləyin

Dünya

Odessada terror

Ötən gecə Odessada partlayış olub.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bomba binalardan birinin pəncərəsinin altına yerləşdirilib.

Həmin küçədə Donbasdakı Ukrayna hərbçilərinə yardım toplayan könüllülər təşkilatının ofisi yerləşir.

Partlayış nəticəsində xəsarət alan olmayıb. Hüquq mühafizə orqanları hadisəni terror aktı kimi dəyərləndirib.

Son aylar Odessada bir neçə belə hadisə baş verib. Hadisəni törədənlər isə hələ də bəlli deyillər. Odessada polis gücləndirilmiş iş rejimində çalışır.​

Oxumağa davam et
Reklam
Reklam

Gündəm