Saqqala görə 6 il azadlıqdan məhrum edildi
Bizi izləyin

Dünya

Saqqala görə 6 il azadlıqdan məhrum edildi

Çinin Sincan bölgəsində bir uyğur saqqal uzatdığı üçün 6 il azadlıqdan məhrum edilib.

Publika.az xəbər verir ki, Çinin “China Youth Daily” qəzeti 38 yaşındakı bir uyğurun “saqqal uzadaraq ətrafda narahatlıq yaratdığı” üçün 6 il həbs cəzası aldığını yazıb.

Onun arvadı isə üzünü bağladığına görə 2 il yarım həbs edilib. Honk Konqda çıxan “South China Morning” qəzeti isə Sincan bölgəsində səlahiyyətlilər tərəfindən son bir ildə saqqal uzadılmasına qarşı kampaniyalar təşkil etdiyini bildirib. Kampaniyalar çərçivəsində həmçinin qadınlara başlarını örtməməsi və örtük taxmaması barədə tövsiyələr edilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm