Nemtsovun qətlində yeni fiqurant
Bizi izləyin

Dünya

Nemtsovun qətlində yeni fiqurant

Rusiya müxalifətçisi Boris Nemtsovun qətli ilə bağlı aparılan cinayət işinin istintaqında yeni fiqurant ortaya çıxıb.

Publika.az xəbər verir ki, bu barədə istintaqa yaxın mənbə “Kommersant” nəşrinə bildirib.

Şübhəli Zaur Dadayevin sözlərinə görə, “Ruslik” (istintaq onun adı və soyadını açıqlamayıb) qətlin törədilməsi üçün maşın və silah verib. Bundan başqa, “Ruslik” müxalifətçinin qətli üçün beş milyon rubl mükafat söz verib. “Kommersant” yazır ki, adıçəkilən şəxs hələ axtarışa verilməyib. “Müstəntiqlər onun cinayətdə mümkün iştirakının başqa sübutlarını toplayırlar”, - nəşr qeyd edir.

Qeyd edək ki, Nemtsov fevralın 27-də axşam saatlarında Kreml yaxınlığında, Moskva çayı körpüsünün üstündə qətlə yetirilib.

Martın 8-də Moskvanın Basman rayon məhkəməsi Boris Nemtsovun qətlində şübhəli bilinən beş nəfərin həbs olunması barədə qərar çıxarıb. Zaur Dadayev və Anzor Qubaşevə cinayət işi üzrə ittiham irəli sürülüb. Digər üç nəfər – Qubaşevin qardaşı Şahid, Tamerlan Əskərxanov və Xamzad Baxayev hələlik şübhəli hesab olunurlar.


Zaur Dadayev və Qubaşev qardaşları İnquşetiyada, Tamerlan Əskərxanov və Xamzad Baxayev isə Moskva ətrafında kirayələdikləri evdə tutulublar. Müttəhimlərin qohumları Boris Nemtsovun öldürüldüyü gün onların Moskvada olduqlarını təsdiqləsələr də, bu çinayətdə iştiraklarına inanmadıqlarını bildirirlər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm