Almaniya prokurorluğu pilotun müalicə aldığını təsdiqləyib
Bizi izləyin

Dünya

Almaniya prokurorluğu pilotun müalicə aldığını təsdiqləyib

Martın 24-də Alp dağlarında qəzaya uğrayan A320 təyyarəsinin pilotu Andreas Lubitz psixiatrik müalicə alıb.

Publika.az xəbər verir ki, bu barədə martın 30-da Düsseldorf prokurorluğunun sözçüsü Ralf Herrenbrueck açıqlama verib.

"27 yaşlı Lubitz pilot olmazdan əvvəl, bir neçə il müalicə alıb. Amma lisenziya alarkən bu barədə sənəd təqdim etməyib", - prokurorluğun təmsilçisi bildirib.

Almaniyanın Germanwings şirkətinə məxsus təyyarədə 150 nəfər olub. Qəzadan sağ çıxan olmayıb. Qara qutudan əldə olunan səs yazısı göstərir ki, pilot təyyarəni dağa qəsdən çırpıb. O qapını bağlayaraq çölə çıxan kapitanı içəri buraxmayaıb və təyyarəni bilərəkdən aşağı endirməyə başlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm