İnək kəsdiyinə görə 5 il azadlıqdan məhrum olundu
Bizi izləyin

Dünya

İnək kəsdiyinə görə 5 il azadlıqdan məhrum olundu

Hindistanda inək kəsdiklərinə görə 3 nəfər həbs olunub.

Publika.az xəbər verir ki, həbs olunan şəxsləri 5 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir. Çünki mart ayının 4-dən etibarən hadisənin baş verdiyi Maharaştra ştatında inək əti satan və ya ətlə tutulanlar azadlıqdan məhrum edilə və ya yüksək məbləğdə cərimə oluna bilərlər.

Qeyd edək ki, əhalisinin sayı 1,2 milyard olan Hindistanda inəklər müqəddəs hesab olunur. Maharaştrada inək, buzov, buğa öldürmək qadağan edilib.Qadağadan sonra ştatdakı bütün sallaqxanalar bağlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm