Qəzaya uğrayan təyyarənin pilotu bu filmə baxıb - VİDEO
Bizi izləyin

Dünya

Qəzaya uğrayan təyyarənin pilotu bu filmə baxıb - VİDEO

Airbus A-320 sərnişin təyyarəsini qəsdən qəzaya uğratdığı bildirilən ikinci pilot Andreas Lyubiçin törətdiyi dəhşət barədə yeni faktlar ortaya çıxıb.

ANS PRESS-in məlumatına görə, Andreas Lyubiçin etdiyi əməl eyni bənzərliklə bir kinoda yer alıb.

Belə ki, məşhur İspan rejissor Pedro Almodovarın çəkdiyi, ən yaxşı xarici film kimi "Oscar"a namizəd göstərilən Damian Szifronun 6 hissədən ibarət olan "Wild Tales" (Vəhşi Nağıllar) adlı filminin ilk hissəsində "Pasternak" 150 sərnişinlə təyyarəni Alp dağlarında qəsdən qəzaya salır. Filmdəki hadisələrin real həyatda baş verməsi təsadüf sayılmır.

Ehtimal olunur ki, Andreas Lyubiç məhz bu filmdən bəhrələnib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm