Dünya nüvə faciəsindən qurtuldu: 7 dəqiqəlik xilas - ŞOK
Bizi izləyin

Dünya

Dünya nüvə faciəsindən qurtuldu: 7 dəqiqəlik xilas - ŞOK

Martın 24-də Fransada qəzaya uğrayan sərnişin təyyarəsi ilə bağlı şok gerçək ortaya çıxıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, “Coordination-Antinucleaire” adlı qeyri-hökumət təşkilatının qəza ilə bağlı hazırladığı hesabatda təyyarənin Kadaraçe Nüvə Stansiyasının üzərindən keçdikdən 110 kilometr sonra dağlara çırpıldığı qeyd olunub.

Hesabatda “təyyarə 7 dəqiqə əvvəl düşsəydi, böyük fəlakətə səbəb ola bilərdi” deyilir. Hesabata görə, təyyarənin düşdüyü ərazinin ətrafında bir neçə nüvə stansiyası var. Qəzanın baş verdiyi ərazinin 7 dəqiqə uçuş məsafəsində Kadaraçe Nüvə Stansiyası, 8 dəqiqə uçuş məsafəsində Trikastin, onun yaxınlığında isə Kruas Nüvə Stansiyası yerləşib.

Qeyd edək ki, Almaniyanın “Germanwings” hava yolları şirkətinə məxsus Airbus A320 sərnişin təyyarəsi martın 24-də Fransa ərazisində qəzaya uğrayıb. Qəza nəticəsində 144 nəfər sərnişin və altı heyət üzvü həlak olub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm