"Berkut" maydana hücuma başlayıb: Kiyevdə şiddətli küçə döyüşləri gedir - YENİLƏNİR
Bizi izləyin

Dünya

"Berkut" maydana hücuma başlayıb: Kiyevdə şiddətli küçə döyüşləri gedir - YENİLƏNİR

Yerli vaxtla saat 18:00-da hökumət qüvvələri Maydana güclü hücuma keçib. Maydana aparan bütün yollarda hökumət qüvvələri ilə müxalifətçilər arasında qanlı toqquşmalar başlayıb.

Yerli vaxtla saat 18:00-da hökumət qüvvələri Maydana güclü hücuma keçib. Maydana aparan bütün yollarda hökumət qüvvələri ilə müxalifətçilər arasında qanlı toqquşmalar başlayıb. Müxalifət qüvvələri hələlik Maydana nəzarəti saxlayır. Maydanın ətrafındakı bütün barrikadaların qarşısında güclü yanğınlar başlayıb. Müxalifətçilər yanğınla hakimiyyət qüvvələrinin əraziyə girişini əngəlləməyə çalışır.

Maydanda isə müxalifətçilər tribunadan çıxışlarını davam etdirir. Çıxış edənlər heç bir gücün Ukrayna xalqının iradəsini qıra bilməyəcəyini bildirir. Maydanda yaxınlıqdakı küçələrdə gedən atışmaların səsi aydın eşidilir. Baş meydandakı müxalifətin baş qərargahı – Həmkarlar İttifaqının binasında səhər saatlarında başlanan güclü yanğın bitsə də binadan hələ də tüstü yüksəlməkdədir. Tribunaya çıxan Ukraynanın dini liderləri hakimiyyəti xalqa qarşı güc işlətməməyə çağırır. Din xadimləri bildirir ki, yer üzündə ədalət olmaya bilər, ancaq ilahi ədalət heç kimdən yan keçməyəcək. Kiyev Provoslav Kilsəsinin rəhbərləri dualar oxuyur, Tanrıdan yardım diləyirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm