Belçikada etirazçılar küçələrə çıxdı – VİDEO (FOTOLAR)
Bizi izləyin

Dünya

Belçikada etirazçılar küçələrə çıxdı – VİDEO (FOTOLAR)

Belçikada hökumətdən narazı əhali yenidən kütləvi aksiyalara başlayıb.

Publika.az-ın Belçika mediasına istinadən verdiyi məlumata görə, havanın yağışlı keçməsinə baxmayaraq aksiyada 20 mindən çox insan iştirak edib.

Etirazçılar arasında gənclərin üstünlük təşkil etməsi isə Belçika hökuməti tərəfindən birmənalı qarşılanmayıb.

Etirazçılar hökumətin iqtisadi siyasətinin iflasa uğramasından, iş yerlərinin bağlanılmasından, kütləvi ixtisarların həyata keçirilməsindən narazılıqlarını ifadə ediblər.

Hökumətə səslənən "Tout autre chose" və "Hart boven Hard" dərnəklərinin rəhbərləri ölkədəki “kəmər sıxma siyasəti”nə son verilməsini tələb ediblər.

Aksiya təşkilatçıları etiraz mitinqlərinin davamlı olacağını söyləyib.

"Hart boven Hard" dərnəyinin sözçüsü isə bildirib ki, etiraz aksiyası aprel ayında da davam etdiriləcək: “Biz bu gün bura bizi idarə edənləri xəbərdar etmək üçün gəlmişik. Aprel ayında isə Belçikanın hər yerində bu cür etiraz aksiyalarının daha da genişlənməsi gözlənilir”.

Qeyd edək ki, polis nümayişçilərin aksiyasına əngəl yaradıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm