Yaponiyada təhlükə: 23 min nəfər həlak ola bilər
Bizi izləyin

Dünya

Yaponiyada təhlükə: 23 min nəfər həlak ola bilər

Yaponiya hökuməti episentri Tokioda olacağı ehtimal edilən güclü zəlzələyə hazırlıq planını təsdiqləyib.

Plan zəlzələ zamanı həlak olanların və dağılan binaların sayını iki dəfə azaltmalıdır. Alimlərin proqnozuna əsasən, qarşıdakı 30 il ərzində 70 faizlik ehtimalla episentri Yaponiyanın paytaxtına düşəcək güclü zəlzələ baş verəcəyi gözlənilir. Ən pessimist ssenariyə əsasən zəlzələ qurbanlarının sayı 23 min nəfərə çata, 610 min bina dağıla bilər. Təsdiq edilmiş plana əsasən, binaların davamlığının artırılması və yanğından mühafizə istiqamətində profilaktik tədbirlər yaxın 10 il ərzində qurbanların və dağıntıların miqyasını yarıya qədər azaltmağa imkan verəcək.

Konkret tədbirlər qismində binaların davamlığını 95 faizə qədər artırmaq, zəlzələdən sonra baş verə biləcək yanğın zamanı daha təhlükəli olan köhnə və sıx tikilmiş mikrorayonların sayını azaltmaq nəzərdə tutulur. Əsas diqqət isə yanmayan tikinti materiallarının tətbiqinə yönələcək. Belə ki, 1995-ci ildə Kobe şəhərində baş verən zəlzələ zamanı insanlar bir çox hallarda dağıntılar nəticəsində deyil, zəlzələnin fəsadlarından olan yanğınlar zamanı həlak olmuşdular.

Təsdiqlənmiş plan, həmçinin əsas binanın dağılması zamanı bələdiyyə xidmətlərini qəbul edə biləcək müvəqqəti administrativ məntəqələrin yaradılmasını da nəzərdə tutur. Geniş miqyaslı təbii fəlakətin baş verəcəyi təqdirdə yerli administrasiyalarda, iri kompaniyalarda və hündür yaşayış binalarında bir həftəlik su və ərzaq ehtiyatının yaradılması da planlaşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm