İŞİD 44 kəndlinin başını kəsdi
Bizi izləyin

Dünya

İŞİD 44 kəndlinin başını kəsdi

İŞİD terrorçuları Suriyanın Hama şəhərinin Mabuja kəndinə silahlı hücum edib.

Publika.az-ın məlumatına görə, bu barədə Suriyanın dövlət televiziyası məlumat yayıb. Məlumata görə, silahlı hücum zamanı 44-dən çox dinc sakin qətlə yetirilib. Ölənlər arasında 2 nəfər azyaşlı uşaq da var.

Suriya müxalifətini dəstəkləyən və Londonda yerləşən Suriya İnsan Haqları Mərkəzi isə İŞİD terrorçularının sözügedən 44 dinc sakinin baslarını kəsərək və yandıraraq qətlə yetirdiyini bəyan edib.

Terrorçulardan qaça bilən kənd sakinləri Mabujaya yaxın olan Sabbura kəndinə sığınıblar.

Qeyd edək ki, Mabuja kəndində əsasən ələvilər, xristianlar və ismaililər yaşayırlar.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm