Şamil Basayevin qatili İstanbuldadır
Bizi izləyin

Dünya

Şamil Basayevin qatili İstanbuldadır

Şamil Basayevin qətlində şübhəli bilinən Gürcüstan vətəndaşı Temur Mahauri İstanbulun Maltəpə həbsxanasında saxlanılır.

Şamil Basayevin qətlində şübhəli bilinən Gürcüstan vətəndaşı Temur Mahauri İstanbulun Maltəpə həbsxanasında saxlanılır.

Türkiyə hüquq - mühafizə orqanlarının məlumatına görə, T.Mahauri Ş.Basaevin öldürülməsinin təşkilatçılarından biri və iştirakçısı olub.

Bakirköy baş prokurorluğu Çeçenistanda həyata keçirilmiş sui-qəsdlərlə bağlı iddianamə hazırlayıb. İddianamədə bildirilir ki, T.Mahauri 2006-cı ildə minalanmış avtomobili partladaraq çeçen komandir Ş.Basayevi öldürüb.

T.Mahauri həmçinin "Qafqaz əmirliyi" terrorçu qruplaşmasının İstanbul nümayəndəsi Əli Osayevin ölümündə də təqsirləndirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm