Nemtsovun qatilindən şok açıqlamalar
Bizi izləyin

Dünya

Nemtsovun qatilindən şok açıqlamalar

Rusiyalı müxalifət lideri Boris Nemtsovun qətlində şübhəli bilinən Zaur Dadayev onu saxlamazdan əvvəl oğurlandığını bildirib.

Bu haqda Dadayev bu gün keçirilən məhkəmədə qeyd edib.

"Məni martın 5-də oğurlayaıblar və martın 7-də saxlandığımı mənə dedilər. Bu iki günü mən harada idim? Bu iki gün ərzində mənimlə bağlı nə baş verdi? Bütün bu vaxt ərzində mənə harada olduğumu və necə ifadə verəcəyimi mənə başa salırdılar", - deyə Dadayev bildirib.

Prokurorun sözlərinə görə, ona təzyiq və oğurluq barədə şikayətlər daxil olmayıb. Müstəntiq Dadayevin səsləndirdiyi fikirləri yoxlayacağına dair söz verib.

Qeyd edək ki, bundan əvvəl Dadayev məhkəmədə təzyiq altında ifadə verdiyini bildirib.

Xatırladaq ki, Boris Nemtsov fevralın 27-də Moskva vaxtı ilə 23:37-də öldürülüb. Qatillər Boris Nemtsova 6 güllə atıblar. Onlardan dördü hədəfə dəyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm